Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Simsar.az xəbər verir ki, “Azeri Light” markalı neftin 1 barelə olan qiyməti 1,24 dollar və ya 1,34% azalaraq 91,31 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.