Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Bu düşüncələr Altsheymer riskini artırır - ARAŞDIRMA

London Universitetinin alimləri mənfi düşüncələrin Altsheymer xəstəliyinin - sağalmaz və ölümcül demensiyanın inkişafına səbəb ola biləcəyini müəyyən edib.
"Alzheimer's & Dementia" jurnalında təhlükəli demensiyanın yaranmasının yeni səbəbləri barədə alimlərin məqaləsi dərc olunub.
Bir neçə il davam edən araşdırmada 55 yaşdan yuxarı 360 nəfər iştirak edib. Depressiya və stressi ölçülən könüllülər vaxtaşırı keçmişi düşündüklərini və gələcək üçün narahat olduqlarını bildirib. İştirakçıları yaddaş, diqqət, məkan təfəkkürü və dil baxımından da test ediblər. Tau protein və amiloid beta səviyyəsini təyin etmək üçün 113 nəfər pozitron emissiya tomoqrafiyasından keçirilib.
Məlum olub ki, təkrarlanmış mənfi düşüncə sonrakı dörd il ərzində koqnitiv funksiyaların azalmasına (məsələn, yaddaş pozğunluğu), həmçinin Altsheymer xəstəliyində də müşahidə olunan beyində zərərli protein aqreqatlarının çökməsinə gətirib çıxarır. Artıq məlumdur ki, depressiya və stress demensiyanın inkişaf amilləridir, lakin ilk dəfə müəyyən düşüncə formalarının belə bir amil kimi çıxış edə biləcəyi göstərilib.
2019-cu ilin sentyabr ayında həftədə bir neçə dəfə edilən məşqlərin xəstəliyin yüksək riski olan insanlarda Altsheymer xəstəliyinin inkişafını gecikdirə biləcəyi bildirilmişdi. Bu nəticələr ABŞ-ın Texas Universitetinin Cənub-qərb tibb mərkəzinin alimləri tərəfindən təqdim olunmuşdu. (publika.az)






31 Avqust, 2020  09:28 Baxılıb: 3083 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55