Rayonun müvafiq qurumlarının əməkdaşları hadisənin törədə biləcəyi ağır fəsadların qarşısını almağa çalışırlar
Simsar.az saytının yerli sakinlərə istinadən verdiyi məlumata görə, bu gün saat 15.00-dan başlayaraq Quba rayon mərkəzinə buz parçaları yağmağa başlayıb. Havanın günəşli olmasına baxmayaraq buz parçalarının ardından aramsız leysan yağışları yağıb. Mərkəzdə olan bir sıra müəssisələrin binalarını su basıb. Şəhərə elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlər hadisədən çaşqınlıq içərisindədir. Rayonun müvafiq qurumlarının əməkdaşları hadisənin törədə biləcəyi ağır fəsadların qarşısını almağa çalışırlar.