Məlumatı Türkiyə mətbuatı yayıb
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkisindən sonra ik səfərini Azərbaycana edəcək. Simsar.az-ın məlumatına görə, xəbər türk mətbuatında yer alıb. Səfərin tarixi barədə isə məlumat qeyd edilməyib.
Səfərlə bağlı hazırlıqlar artıq başlayıb. Türkiyənin Baş nazirinin səfəri zamanı energetika sahəsində və viza rejiminin sadələşdirilməsi istiqamətində bir neçə sazişin imzalanacağı gözlənilir.
Bakıdan sonra Ərdoğanın Kiprə, ardınca isə Brüsselə səfəri planlaşdırılıb