Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub. Simsar.az "Report"a istinadən xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.