Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Əkbər Qoşalı yazır: AY HƏZARAT, AY CAMAAT, AY ELLƏR!

“…İlk növbədə Operativ Qərargahın tövsiyələrinə, qoyulan qadağalara əməl olunmalıdır. Əgər bu qadağalara riayət etməsək, sosial izolyasiya qaydalarına əməl olunmasa, o halda sabah yoluxanların sayı daha çox artacaq. İndi Azərbaycanda 200-dən çox adamda aşkarlanıbsa, bu rəqəm 500 də ola bilər.

…Yoluxma sayı niyə artmalıdır? İnsanlar qoyulan qadağalara əməl eləsinlər ki, artmasın.

…Əgər qoyulan qadağalar yerinə yetirilməsə, sabah İtaliya, İspaniya kimi ölkələrin taleyini yaşaya bilərik.

Bilirsiniz ki, indi bu ölkələrdə ağır xəstələrə süni nəfəs aparatları tapılmır. Ona görə qocalardan süni nəfəs aparatını götürüb cavanlara qoşurlar ki, heç olmasa gənclər yaşasınlar.

Odur ki, özümüzü qorumaq üçün maska taxmaq, dezinfeksiya etmək - bütün bunlar yaxşıdır, lakin yoluxmadan uzaq olmağın əsas yolu təcriddir.” – Bu sözlər Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayevə aiddir.

 

DEMƏLİ:

- yoluxmaların, ölümlərin sayının bundan sonra da çoxalacağı ehtimal olunur;

- dünyada, bizim aid olduğumuz regionda koronavirusla bağlı durum ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə bizdə də daha ağır durum yarana bilər;

- vətəndaşımız, necə deyərlər, şüurlu və peşəkarcasına – vətənkeşcəsinə davranmalı, gerçək təh-lükənin bir addımlığında olduğumuzu idrak etməli, qorunmalı və qorumalıdır;

- hər evdən çıxma, hər bir qıraq təmas infeksiyaya yoluxma və ölüm yoluna çıxmaq kimi qəbul edilməlidir;

- hər bir məsuliyyətsiz davranış, hər bir qayda pozuntusu, laqyedlik, biganəlik, qeyri-ciddilik xəstələnmək və öz həyatını, ətrafını daha böyük (gerçək!) risk altına atmağın ta özüdür!

 

Bu həssas günlərdə hər kəs doğruları paylaşmalı, hər kəs həkimlərin, ümumən əhalinin sağlamlığı, asayişin təmini ilə məşğul olan məsul şəxslərin əməyini düzgün qiymətləndirməli, yetkili or-qanların təxisərsalınmaz tədbirlərinin ümumxalq maraqlarına xidmət etdiyini anlamalı, anlat-malıdır!

Bu sıxıntılı günlər, əlbəttə, keçəcək; qoy, sıxıntıların daha tez, daha arğısız keçməsində hamımızın payı olsun!

Biz birlikdə güclüyük!

Dövlətimiz, xalqımız zaval görməsin!

Sağlamlıq, anlayış və birlik bayrağımız uca olsun!







31 Mart, 2020  18:14 Baxılıb: 5784 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55