Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

İdman

Milli Olimpiya Komitəsində fiziki tərbiyyə müəllimləri üçün beynəlxalq təlim

Milli Olimpiya Komitəsində fiziki tərbiyyə müəllimləri üçün beynəlxalq təlim  keçirilib.

“İdman administratorluğu kursu” nu Azərbaycanda Beynəlxalq sertfikata malik təlimçilər keçib.

Müəllimlərin və idman mütəxəssislərinin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq məqsədi ilə təşkil olunan təlimlər, Milli Olimpiya Komitəsinin təşkilatçılığı və Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə baş tutub.

Təlimi Bakı şəhər məktəblərinin fiziki tərbiyə müəllimlərinə Azərbaycanda Beynəlxalq Olimpiya Komitəsinin İdman İnzibatçılığı üzrə sertifikatına malik 4 məruzəçi MOK-un Marketinq idarəsinin rəhbəri Mehman Kərimov, MOK-un Beynəlxalq Əlaqələr idarəsinin rəhbəri Anar Bağırov,  MOK-un Beynəlxalq Proqramlar Komissiyasının katibi Ceyhun Rəhmanov və Azərbaycan Atletika Federasiyasının Baş katibinin müavini Kənan Məhərrəmov keçirib.

Azərbaycan Voleybol Federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov isə qonaq məruzəçi qismində iştirak edib.

Təlimdə Olimpiya tarixi,  kommunikasiya,  Olimpiya Oyunlarının təşkil olunması, Olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılib.

“İdman administratorluğu kursu”-nu bitirənlərə Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları təqdim olunur.

 






13 Mart, 2020  14:55 Baxılıb: 6944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55