Fransa Futbol Federasiyasının Prezidenti Noel Lö Grat qurumun ölkədə təşkil etdiyi bəzi futbol yarışlarının COVID-19 virusu səbəbilə təxirə salındığını açıqlayıb. “HaberGlobal”ın məlumatına görə, ölkənin həvəskar futbol liqaları, qadınlar arasında Birinci futbol liqası, Fransa kubokunun final qarşılaşması və s. təxirə salınıb.
Sözügedən qərar Fransa Peşəkar Futbol Liqasının keçirdiyi birinci və ikinci liqalara aid edilməyib.