Prezident İlham Əliyev Azərbaycanın üç ölkədə səfirlərini təyin edib. Prezidentin sərəncamı ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
İlham Əliyevin növbəti sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.