ABŞ-ın paytaxtı Vaşinqtonun meri Muriel Bouzer şəhərdə fövqəladə vəziyyətin elan edildiyini bildirib. “RİA Novosti” xəbər verir ki, bu gün Vaşinqtonda daha altı koronavirusa yoluxma halı təsbit edilib.
Xəstəliyə yoluxanların sayı 10 nəfərə çatıb. Qeyd etmək lazımdır ki, fövqəlad vəziyyət merə icbari karantin tətbiq etməyə və böhran dönəmində qiymətləri süni şəkildə qaldıran satıcıları məsuliyyətə cəlb etməyə imkan verir.(oxu)