Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. Əsgər dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. DSX-nin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.
Baş vermiş hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.