70-dən çox ölkəyə yayılan və dünyada 3200-dən çox insanın ölümünə səbəb olan koronavirus (COVID-19) iki alt növə mutasiya edib. “Independent”in məlumatına görə, çinli alimlər belə bir açıqlama ilə çıxış ediblər.
Onların sözlərinə görə, “L” və “S” alt tipləri adlanan yeni növlər coğrafi paylanması və insanlar arasında yayılması baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.
Alimlər düşünürlər ki, fərqli alt tiplərini öyrənməklə müalicələrə fərqli yöndə yanaşmaq və beləliklə, yeni növ sətəlcəmin yayılmasının qarşısını almaq mümkün olacaq.
Onlar bildiriblər ki, “S” alt növü nisbətən qədim versiyadır, ancaq “L” alt tipi daha yoluxucu və daha “aqressiv”dir. Tədqiqat Çin Elmlər Akademiyasının sponsorluğu ilə hazırlanan “National Science Review” jurnalında dərc edilmiş “SARS-CoV-un mənşəyi və davam edən təkamülü” başlığı altında nəşr edilib.
Araşdırmanın müəllifləri Pekin Universitetinin Həyat Bilgisi Məktəbinin Bioinformatika Mərkəzindən tədqiqatçı Lu Jian və Çin Elmlər Akademiyasının Şanxay Pastor İnstitutundan tədqiqatçı Cui Jiendir.
Elm adamları yeni mutasiyaların da yarana biləcəyini əlavə edirlər.(oxu)