Tanınmış jurnalist Günay Malikqızı bu gündən etibarən yeni işinə start verib.
Bu barədə xanım jurnalistin özü məlumat verib. O bildirib ki, bundan sonra Milli Olimpiya Komitəsində İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri vəzifəsində işləyəcək.
Qeyd edək ki, Günay Malikqızına idman sahəsi yad deyil. Onun ilk iş yeri 1995-ci ildə AzTV-də “Offside+” idman verilişi olub. O, iki il bu proqramda reportyor kimi çalışıb.
Xatırladaq ki, Günay Malikqızı MOK-dakı işinə başlayanadək “Park Bulvar” AVM-nin PR-meneceri vəzifəsində çalışırdı.(oxu)