Bərdə rayonunda qətl törədilib. Report xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb. Belə ki, kənd sakini İbadova Tahirə Tofiq qızı yaşadığı evdə bir neçə balta zərbəsi ilə qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib. Rayon polis əməkdaşları şübhəli şəxs qismində qadının həyat yoldaşı Vahid İbadovu və kürəkənini polis şöbəsinə aparıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.