İrandan Azərbaycana gələn vətəndaşların koronavirus şübhəsi ilə xəstəxanada müayinə olunması zamanı bir sıra narazılıqlar ortaya çıxıb. Oxu.Az-ın məlumatına görə, vəziyyəti əks etdirən videogörüntü yayılıb.
Vətəndaşlar bildirib ki, onlara deyilib ki, Astara və Biləsuvar gömrük-sərhəd keçid məntəqələrindən müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparacaqlar. Vətəndaşlara müayinənin bir saat vaxt alacağını desələr də, onlar altı saatdan çox gözlədiliblər.
Həkim isə bildirib ki, onlara tapşırıq verilən zaman vətəndaşlar müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına göndərəcəklər.
Vətəndaşların gözlədikləri altı saat ərzində onlara su da verilməyib, həmçinin, gigiyena qaydalarına riayət edilmədiyi də iddia olunub.