Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub.