Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Müşfiqin özünü gördüm…

Hələ orta məktəbdə oxuyandan Müşfiq yaradıcılığını sevmişəm. Tədrisdə başqa şairlərin daha çox təbliğ olunmasına baxmayaraq Müşfiq mənim üçün özəl idi. Müsabiqələrin birində “Yenə o bağ olaydı” şeirini səsləndirməyim də heç vaxt yadımdan çıxmır.  Akademik Milli Dram teatrında Mikayıl Müşfiqə ithaf olunmuş “Ah bu uzun sevda yolu” adlı tamaşaya dünən üçüncü dəfə idi ki baxırdım. Sanki represiya illərinə gedib çıxdım. Hadisələr o qədər canlı, o qədər təsirli ifadə edilirdi ki, kövrəlməmək mümkün deyildi. Fitri istedada malik bir gəncin məhv edilməsini yaradıcı heyət bütün dolğunluğu ilə göstərə bilmişdi.

Qeyd edim ki, "Ah, bu uzun sevda yolu” tamaşası dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan iki hissəli tale dramıdır.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru AMDT -nin bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Əslində tamaşa komanda işidir. Rejissordan tutmuş işıqçıya qədər hər kəs öz işini mükəmməl görməlidir. Tamaşaçının isə gördüyü yalnız aktyorlardır. M.Müşfiq isə o qədər həssas bir mövzudur ki, orada ən xırda çatışmazlığı şairisevənlər anında hiss edə bilər. Buna görə də yaradıcı heyətin üzərinə böyük bir məsuliyyət düşüb. Ən çox da baş qəhərmanların. Baş rolun əməkdar artist Anar Heybətova həvalə edilməsi əslində uğurlu seçimdir. Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü, şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsinə xidmət edir. Eyni zamanda qəlbi sevgi ilə çağlayan şairi səhnədə ifadə etmək üçün kifayət qədər peşəkar aktyorluq tələb olunur. A.Heybətov isə bu məsuliyyətli işin öhdəsindən məharətlə gəlib.  Biz M.Müşfiqi həyatda görməmişik. Biz onu şeirləri ilə sevib, haqqında yazılanlarla tanımışıq. Bu üzdən hər bir Müşfiqsevərin zehnində öz Müşfiqi var. Aktyor səhnədə Müşfiqi elə göstərirdi ki, sanki zehniyyətimdə formalaşdırdığm şair qarşımda idi. Sanki o şeirləri səhnədən Müşfiq özü səsləndirirdi. Aldığı işgəncələr, çəkdiyi əziyyətlər, üzləşdiyi haqsızlıqlar… və ən duyğulandığım səhnə, kimsəsiz, hamının  unutduğu Müşfiqin tənhalıq səhnəsi… Bax budur uğur. Əgər bir tamaşaçı tamaşanı izləyərkən ətrafdan qırılıb  ruhən səhnədə göstərilən hekayənin daxilinə varırsa, bir neçə saatlıq o aləmə düşə bilirsə bu artıq yaradıcı heyətin uğurudur. Dünən mən teatrın səhnəsində Müşfiqin özünü gördüm…

A.Heybətovun rol aldığı demək olar ki bütün tamaşalara baxmışam. Hər bir rolun öhdəsindən məharətlə gələn istedadlı aktyorun ən çox bəyəndiyim səhnə işləri isə “Ah bu uzun sevda yolu” tamaşasında M.Müşfiq və, “Ölülər”də  Kefli İsgəndər obrazlarıdır.

Bəzən sevdiyin bir əsər ekranlaşdırıldıqdan, səhnəyə qoyulduqdan sonra tamaşa, yaxud film oxucunu qane etmir. Müşfiq sevgimizə həssaslıqla yanaşaraq gözəl bir tamaşa ərsəyə gətirdiklərinə görə bütün yaradıcı heyətə təşəkkürümü bildirirəm…

İradə Nurəddinqızı






15 Fevral, 2020  12:35 Baxılıb: 5611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55