Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.
APA- nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.