Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Səfər fevralın 24-25-nə nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.