Indoneziyanın Azərbaycandakı Fövqaladə və Saəlahiyyətli səfiri Husnan Bey Fenanie Sipark İnşaatın qonağı olub. Şirkət rəsmiləri səfirə Siparkın 15 illik fəaliyyətindən danışaraq Türkiyədə də həyata keçirdiyi layihələr barədə məlumat veriblər. Səfir təyin olduğu vaxtdan İndoneziya və Azərbaycan iqtisadi əlaqələri üçün bir çox layihələr edən H.B. Fenanie bu ziyarətində də eyni tərəfdən çıxış edib. Belə ki, Siparkın gördüyü işlərlə yaxından tanış olduqdan sonra, elçi İndoneziyada fəaliyyət göztərən tikinti şirkətləri ilə əməkdaşlıq təklifi edib. "Düşünürəm şirkətiniz İndoneziyadakı tikinti şirkətləri ilə əməkdaşlıq edərsə, hər iki dövlət arasında bu sahədə əlaqələrin inkişafına xidmət edər. Ölkəmizdə tikinti sahəsində böyük layihələr həyata keçirən kifayət qədər şirkətlər var. Birgə əməkdaşlıq olarsa, bu həm Azərbaycanda, həm də İndoneziyada bir-birindən gözəl inşaat nümunələrinin yaranması deməkdir. Hətta mən deyərdim bu tək paytaxt Bakı və Cakartada deyil eyni zamanda hər iki ölkənin bölgələrində də həyata keçirilsin. Nə gözəl olar Cakartada "Azərbaycan" adlı bir inşaat nümunəsinin olması. Eyni zamanda birgə layihə olaraq böyük şəhərlərdə iş və ticarət mərkəzləri tikmək olar. İndoneziya bu sahədə çox inkişaf edib. Hətta bu əməkdaşlığı genişləndirərək, tikinti materialları və tikintidə istifadə olunan texnikaların Azərbaycana gətirilməsi ilə davam etdirmək olar. İndoneziyanın tikinti şirkətləri dünyanın bir çox ölkələrində nəhəng layihələr həyata keçirirlər. Dubay, Səudiyyə Ərəbistanında çox böyük işlər görülüb".
Səfirin təklifini yüksək qiymətləndirən şirkət rəsmisi Sənan İsayev isə belə əməkdaşlıqların uğurlu nəticə verəcəyindən əmin olduğunu və dəyərləndirməyi düşünəcəklərini bildirib. "Əlbəttə Sipark İnşaat olaraq İndoneziyanın yerli tikinti şirkətləri ilə əməkdaşlıq etmək gözəl təklifdir. Bunun üçün İndoneziyadakı həmkarlarımızla görüşməkdən məmnun olarıq. Belə bir addım hər iki ölkənin tikinti sahəsində yenilik, inkişaf və yüksək səviyyəli işlərin görülməsi deməkdir. Türkiyədən sonra İndoneziya ilə əməkdaşlıq gözəl olardı."
P.S İndoneziyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Husnan Bey Fenanie ilə geniş müsahibəni tezliklə saytımızda oxuya bilərsiz.
Simsar.az