Bakıda qətl törədən şəxs polis əməkdaşlarına təslim olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Cəfərov Sahib Ələkbər oğlu bacısı, 1967-ci il təvəllüdlü Cəfərova Tovuz Ələkbər qızını qətlə yetirib.
Zəngilan rayonunda qeydiyyatda olan S.Cəfərov bacısının boğaz nahiyəsini ülgüclə kəsərək öldürüb. Hadisədən sonra o, Nəsimi rayon 19-cu Polis Bölməsinə gələrək təslim olub. S.Cəfərov qətldə istifadə etdiyi ülgücü polis əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırmalar davam edir.