Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Türkiyə hərbçiləri cavab atəşi açıb.