Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib. Hadisə Ramana qəsəbəsində qeydə alınıb. 22 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.
Qeyd edək ki, Arzuman Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.