Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməkləri tövsiyə edilib.