Xırdalan şəhərində yeni çəkilmiş içməli su şəbəkəsinə birləşmələrin verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar bu gün ərzində şəhərin 26-cı məhəlləsinə və Quşçuluq massivi adlanan ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.