Çinin Uhan əyalətində ortaya çıxan və Avropada da yayılmağa başlayan koronavirus səbəbilə ölənlərin sayı 132-ə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, indiyə kimi virus 6 min adamda müşahidə olunsa da, Çindən xaricdə ölüm halına rast gəlinməyib. Virus ətraf ölkələrdən əlavə ABŞ, Kanada, Avstraliya, Almaniya və Fransa kimi minlərlə kilometr uzaqlıqdakı ölkələrdə də insanlara yoluxub.