Bakıda itkin düşən ruhi əsəb xəstəsi tapılıb. “Report”un xəbərinə görə, hadisə yanvarın 25-də, saat 20 radələrində, paytaxtın Nərimanov rayonu ərazsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü, ruhi əsəb xəstəsi T.Rza yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Daha sonra T.Rzanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rza tapılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.