Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan yanvarın 13-ü yerli vaxtla saat 23:18-də qeydə alınıb. Zəlzələnin dərinliyi 43 km, maqnitudası 3.0 olub. Zəlzələ hiss olunmayıb.(trend)