Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

ƏRDOĞANIN QALİBİYYƏT ÇIXIŞI

“Heç kimsə üzülməsin, kimsənin sevinci digərini üzməsin, çünki biz hamımız birlikdə Türkiyəyik"

Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, qalib olmuş Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyip Ərdoğan partiyasının Ankaradakı mərkəzinin önündə toplaşmış tərəfdarlarının qarşısında çıxış edib.

Simsar.az-ın xəbərinə görə, o, partiyasına səs verən hər kəsə, seçkinin nəticələri ilə maraqlanan tərəfdaş ölkələrə təşəkkürünü bildirib.

O deyib ki, partiyası Türkiyədə hər iki seçicidən birinin səsini alıb: “Biz demokratik dəyərlər içərisində üçüncü müddət üçün millətimizdən yetki almanın həyəcanını yaşayırıq. Biz vurmağa deyil, sevməyə gəldik. Qarşılığı olanda eynən bu yola davam edərik, qarşılığı olmayanda da cavabını verib keçərik”.

Ərdoğan deyib ki, AKP 2007-ci ildə 16 milyon seçicinin, bu seçkidə isə 21 milyon seçicinin səsini alıb: “Biz bunun xoşbəxtliyini yaşayırıq. AKP-yə olan etibarından dolayı bütün millətimə təşəkkür edirəm. Bu seçkinin qalibi Türkiyədir. Bu gün bir daha Türkiyə, demokratiya, milli iradə, millət qazandı. Bu gün millət bütün suallara, gərginliklərə son nöqtəni qoydu”.

O bildirib ki, bu gün ölkəsinin bütün insanları, həmçinin bölgə qazanıb: “Bu gün Türkiyə qədər Qəzza, Şam, Qüds, Qafqazlar, Yaxın Şərq qazanıb. Heç bir mübahisə olmadan mənim millətim qazanıb”.

Ərdoğan deyib ki, Türkiyə növbəti dəfə bölgəsinə və dünyaya örnək olan demokratik seçki keçirib.

AKP başqanı Türkiyənin önündə yeni səhifə açıldığını bildirib: “Yeni AKP hökuməti də bütün Türkiyənin hökuməti olacaq. Biz kimsəni kənara atmadıq, ayırmadıq, hamını qucaqladıq. Biz 74 milyonun birgə yaşaya bildiyi bir Türkiyə istəyirik”.

Ərdoğan deyib ki, hansı partiyaya səs verməsindən asılı olmayaraq, bütün vətəndaşlarının sülh və ədalət içində yaşamasını təmin edəcəklər: Etdiklərimiz edəcəklərimizin təminatıdır”.

AKP başqanı ölkədə azadlıqların artacağına, hər kəsin özünü daha rahat ifadə edə biləcəyinə təminat verdiyini deyib: “Biz üzərimizdə böyük bir əmanət daşıyıq. Bu gün o əmanətin ağırlığı daha da artıb. Bu millətə xidmət etməyə davam edəcəyik. Millətimizin bizə verdiyi etibar mesajını ən doğru şəkildə oxumağa çalışacağıq, çünki millət bizə təkcə etibar etmədi, həm də bir vəzifə verdi”.

Ərdoğan bildirib ki, Türkiyənin yeni Konstitusiyanı müzakirə ilə, uzlaşma ilə həll edəcəklər: “Sivil, azadlıqsevər bir Konstitusiyanı birlikdə qəbul edəcəyik, bu Konstitusiyada hamı özünü görə biləcək. Yeni Konstitusiya millətin hər bir fərdini birinci sinif olaraq görəcək. Bu-türkün, kürdün, zazanın, lazın, ərəbin, ələvinin, gürcünün-yəni 74 milyonun Konstitusiyası olacaq, birlik və bərabərlik üzərində təsis ediləcək”.


AKP rəhbəri ümummilli məsələlərdə müxalifətlə müzakirə aparacaqlarını, hətta parlamentdən kənarda qalan partiyalar və QHT-lərlə də əməkdaşlıq edəcəklərini bildirib.

O, yatırımların davam etdiriləcəyini, sosial xidmətlərin artırılacağını bildirib: “Milli birlik, qardaşlıq məsələlərində, bölgəsəl və beynəlxalq problemlərin həllində aktiv olacağıq. Bölgəmizdə sülh, haqq, ədalət, barışıq, azadlıq və demokratiya deyəcəyik”.

O daha sonra bütün rəqiblərindən halallıq istəyib: “Heç kimsə üzülməsin, kimsənin sevinci digərini üzməsin, çünki biz hamımız birlikdə Türkiyəyik.

Kampaniya dövründə qəlbini qırdığımız insanlardan, istəmədən incitdiyimiz siyasilərdən başda özüm olmaqla partiyadaşlarım adına halallıq istəyirəm.

Mən siyasətçilərə, bütün siyasi partiyalara haqqımı, haqqımızı halal edirəm”.






13 İyun, 2011  12:42 Baxılıb: 1424 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16