Sabah seçkidir, bu gün siyasətçinin dağdan meyidi tapıldı
İki gündür, haqqında məlumat olmayan Türkiyənin Demokratik Sol Partiyasının Bitlisdən deputatlığa namizədi olan 33 yaşlı Bədri Aydının meyitini tapıblar. Simsar.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, meyiti dağda sürüsünü otaran çoban tapıb.
Çoban dağda üstü kol-kosla örtülmüş meyiti tapdıqdan sonra polisə zəng edərək, məlumat verib. B.Aydının maşını isə qətlə yetirildiyi Hizan Qolludərə yolunun 20-ci kilometrliyində tapılıb. Hadisə yerində, həmçinin, “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patronlar aşkarlanıb.
Hadisənin ardınca qətl yerinə baxış keçirilib. Hazırda qətllə bağlı araşdırmalar aparılır.