“İndi jurnalistlər dünyanın ən xoşbəxt adamıdır”
Aqşin Babayevin bu il 75 yaşı tamam olacaq. 32 il Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, Azərbaycan radiosuna və xarici verilişlərə rəhbərlik edib. Milli Məclisdə mətbuat xidmətinin ilk rəhbəri olub. Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradıcılıq” kafedrasının müdiri, Ali Attestasiya Komissiyasında ictimai elmlər şöbəsinin müdir müavinidir.
“Nənəm deyirdi ki, pul tapanda evə gətir”
1936-cı il noyabrın 23-də dünyaya gəlmişəm. Müharibə illərinin uşağıyam. Atamı cəbhəyə yola salmağım yadımdadır. Çətin idi o günlər... Atamın “bronu” vardı, müharibəyə getmiyə də bilərdi, amma getdi.
1948-ci il idi, 12 yaşındaydım. Bir gün məktəbdən qayıdanda yolda qəzet bükülüsü tapdım. Bükülüdə xeyli pul, hərbi bilet, pasport var idi. Bir nəfəri çağırıb, poçt şöbəsinə getdik. Pulun sahibini tapdılar. Bu barədə “Azərbaycan pioneri” qəzetində məqalə də dərc olundu. Məktəbdə bu münasibətlə böyük təntənə keçirildi, atam qonaqlıq verdi. Amma nənəm dedi ki, bundan sonra pul tapanda evə gətirərsən, Allah sənə yetirib, nahaq aparıb vermisən...
Xanımımla otra məktəbdə bir yerdə oxumuşuq. Bir oğlum, bir qızım və üç nəvəm var. Oğlum ərəbşünasdır, qızım fəlsəfə doktorudur, İsverçrədə yaşayır.
“Ədəbiyyata marağım bundan sonra yarandı”
Ənvər Məmmədxanlının “Buz heykəl” hekayəsini oxuyandan sonra ədəbiyyata bağlandım, məndə yazmağa maraq yarandı. Başladım şeirlər, hekayələr yazmağa. İlk şeirimi yeddinci sinifdə yazmışam. Adı “Bahar” idi. Amma çap etdirmədim. “Azadlıq uğrunda” adlı ilk hekayəm 1958-ci ildə "Oktyabr işıqları" almanaxında dərc olundu. O vaxt riyaziyyatı yaxşı bilirdim. Riyyaziyyat müəllimimiz eşidəndə ki, sənədlərimi filologiya fakültəsinə verəcəm bizə gəldi, atamla danışdı. Ancaq fikrim qəti idi, filologiya fakültəsini seçdim. Universitetdən sonra Türk filologiyası üzrə aspiranturaya daxil oldum. “Nazim Hikmətin dramaturgiyası” mövzusunda dissertasiyamı hazırlamaq üçün Moskvaya gedib şairlə görüşdüm. Ancaq Nazim Hikmətin ölümü əlimi işdən soyutdu. Dörd il ara verdim. Bu işin üstünə bir də 1967-ci ildə qayıtdım... İndi 32 kitabım var. Əsərlərim Rusiyada, Almaniyada, Türkiyədə çap olunub.
“Yazıdan sonra redaktorla münasibətimiz soyuqlaşdı”
1958-ci ildə “Avtomobil nəqliyyatı” adlı sahə qəzetində işə başladım. Beşinci kurs tələbəsi idim. Maaşım az idi - 48 manat. Hər gün baş redaktorun otağına yığışırdıq, müzakirələr edirdik, amma qəzetin nömrəsini çap edə bilmirdik. Pəncərədən panel evlərin tikildiyini görürdüm, inşaatçılar binanın təməl daşını qoydular. Günlərin birində gördük ki, bina artıq tikilib qurtarıb, amma biz hələ də nömrəni çapa verməmişik. Bir hekayə yazdım, “Birinci nömrə”... “Kirpi” jurnalında çap olundu. Hekayədə jurnalistikanın yaşadıqlarımızı əks etdirə bilməməsini təsvir etmişdim. Bu yazıdan sonra redaktorla aramda soyuqluq yarandı. Dostum Yavər Eyvazovun məsləhəti ilə radioya getdim. Verdikləri tapşırığı yerinə yetirdim və məni işə götürdülər. Üç ilə rus-türk dilləri üzrə tərcüməçi işləmişəm. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışam. Beş il ANS radiosunda bazar günləri “Biri var, biri yox” verilşini aparmışam. 15 il xarici verilişlər üzrə sədr müavini olmuşam. İrana, Türkiyəyə, Ərəb ölkələrinə 10 il ingilis, fransız, alban və ispan dillərində çap olunan "Moskow news" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olumuşam. İndi Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradэcэlэq” kafedrasэnэn mьdiriyəm.
“Jurnalist цrnək olmalэdэr”
Mətbu orqanları internetlə izləyirəm. “Mədəniyyət” kanalının açılması yaxşıdır. Telekanalların çoxunda tələbələrim işləyir. Bununla fəxr edirəm.
İndi jurnalistlər dünyanın ən xoşbəxt adamıdır. Nə istəyirlər yazırlar, amma gərək bu müstəqillik nemətindən sui-istifadə etməsinlər. Bizim vaxtımızda məhduduiyyət çox idi. Bir xəbəri vermək üçün Moskvanın icazəsini gözləyirdik.
Qısası, jurnalist nümunə olmalıdır. Geyiminə, xarici görkəminə və mənəvi aləminə görə...
P. S. “Uşaqlıqda şəkilimi çəkən olmayıb” - dedi, Aqşin Babayev. Ona görə də “Simsar”.az onun indiki fotoları ilə yanaşı, cavanlıq şəkillərini də təqdim edir.
Arifə Mikayılova
'