3 əsgər yaralandı
Tərtərdə yerləşən hərbi hissədə silahlı insident baş verməsi barədə musavat.com məlumat yayıb.
Müdafiə Nazirliyi mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, Dünən axşam saatlarında Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə silah və sursatla ehtiyatsız davranma nəticəsində əsgərlər Rəşad Məmmədov, Babək Şahlarzadə və Alxan Ağakərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda onların vəziyyəti kafidir. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma gedir.