Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

ŞAİR ƏLİ KƏRİMİNİN HƏYAT YOLDAŞI MƏTBUATA SƏSLƏNDİ

Prokurorluğun saxladığı Təhsil Nazirlliyi rəsmisi Orxan Kəriminin anası: “Əli Kərimə sağlığında rahatlıq vermədilər, indi də adını bu cür böhtanlarda çəkirlər”

“Atası, dayısı yoxdur deyə, Orxanı tutmalıydılar?...”

Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə İdarəsinin Təhsil Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatı günün əsas hadisələrindən biri olaraq qalır. 

Təhsil Nazirliyindən Trend-ə bildiriblər ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi nazirliyin təşəbbüsü ilə yoxlama aparıb və araşdırma nəticəsində iqtisadiyyat idarəsinin rəis müavini Orxan Kərimov  saxlanılıb.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta açıqlamasında Təhsil Nazirliyində əməliyyat aparıldığını təsdiq edib. Prokurorluq rəsmisi, bu əməliyyatın təfərrüatı barədə geniş açıqlama veriləcəyini deyib.

Orxan Kərimi Azərbaycanın görkəmli şairi Əli Kəriminin oğludur. Mətbuat məhz bu faktdan çıxış edərək, mövzunu gündəmdə saxlamağa çalışır.

Orxan Kərimin anası Elza Kərim “Bizim Yol” qəzetinə açıqlamasında həm televiziyalarda, həm də mətbuatda mərhum həyat yoldaşı tanınmış şair Əli Kərimin adının hallanmasına etirazına bildirib: “Əli Kərimə sağlığında rahatlıq vermədilər, indi də adını bu cür böhtanlarda çəkirlər. Hələ heç nə bilinmir, mənim eşitdiyimə görə, yoxlama zamanı müdirini tapmayıblar və Orxanı həbs ediblər. İndi yiyəsizdir, atası, dayısı yoxdur deyə, Orxanı tutmalıydılar?”.

Elza xanım hələ heç bir dövlət orqanına şikayət etmədiyini söyləyib: “Hələ dünən aparıblar və bu, həbs yox, saxlanılmadır, hələ izahat işi aparırlar. Gəlib, evdə axtarış aparıblar, heç nə tapmayıblar, gəlin baxın görün Orxan harada yaşayır. Bu ev atamın evidir, rəhmətlik Əli Kərimin evi olmayıb axı, o, zirzəmidə yaşayıb. Sonra biz atamın evinə köçdük, valideynlərim vəfat edəndən sonra bu ev Orxana qaldı. Demək istəyirəm ki, qaldığımız ev elə bir vəziyyətdədir ki, külək əsəndə qapını açır. Biz namusla yaşayan adamıq, evi yoxlayanlar yaşayış durumumuzu görəndə üzr istədilər. Onlara dedim ki, oğlum əyri iş görsə, belə evdə yaşayarammı?”


RAMİL






8 İyun, 2011  16:51 Baxılıb: 2058 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16