Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb. N.Nazarbayev özü xalqa müraciətində deyib. Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək. Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.(trend)