|
4 İYUN QİYAMI – AZƏRBAYCAN TARİXİNƏ LƏKƏ
Qiyamın nəticəsi: cəbhə hakimiyyətinin ömrünə son qoyildu; milli birlik pozuldu; rus və erməni birləşmələri Dağlıq Qarabağı işğal etdilər
1993-cü il 4 iyun qiyamından 18 il ötür. Hər il mətbuat Gəncədə Sürət Hüseynovun həyata keçirdiyi qiyamı gündəmə gətirir, baş verənləri müxtəlif rakurslardan şərh edir. 18 il əvvəl Gəncədə baş verənlərin əsil mahiyyətinə aydınlıq gətirmək üçün Simsar.az saytının əməkdaşə həmin dövrdə Respublikanın baş prokuroru olan İxtiyar Şirinlə söhbətləşib.
“Bu sadəcə silahlı qiyam idi”
İ.Şirin öncə qiyamın hazırlanması, təşkili barədə danışıb: «Gəncədə qiyam qaldırılması tilə bağlı plan 2-3 ay öncədən qurulub. Bu planın hazırlanıb həyata keçirilməsində bəzi xarici qüvvələrin, daxildəki siyasi güclərin maraqları olub. Qiyamın qarşısının dinc yolla alınması üçün Azəröbaycan hakimiyyəti çox səy göstərdi. Axıra qədər siyasətimizdə dəyişiklik etmədik. Biz istəmirdik ki, qan tökülsün. Prezident, baş nazir, ictimai-siyasi xadimlər bu məsələlərə müdaxilə edirdilər. Həmin vaxt Gəncə Ali Sovetində növbədənkənar sessiyanın çağırılmasına çalışılırdı. Azərbaycanda hakimiyyətinin devrilməsində maraqlı olan qüvvələr həmin sessiyanın çağırılmasını istəyirdilərdilər. Prokurorlüq və ölkənin siyasi hakimiyyəti bu tələbə imza atan deputatların əksəriyyətilə danışıqlar apardı. Bəzi deputatlar məsələnin mahiyyətini başa düşüb imzalarından imtina etdilər. Beləliklə də Gəncədə Ali Məclisin növbədən kənar sessiyasının çağırılması ilə bağlı tələb gündəlikdən düşdü. Bundan sonra təşkilatçılar Gəncədə hərbi qiyam yaratmaq üçün güclərini birləşdirdilər. Bu qiyamın yatırılması üçün Azərbaycxan hakimiyyəti, o cümlədən prokurorluq çox səy göstərdi. Qiyamda iştirak edəcək hərbi qüvvələrin, qiyamçıların tərkisilah olunması, yerlərininin dəyişdirilməsi üçün qərarlar qəbul olundu. Qiyama başçılıq edəcək şəxslər hərbi vəzifələrindən kənarlaşdırıldılar. Buna baxmiayaraq qiyamın qarşısını almaq mümkün olmadı. Beləliklə məlum qüvvələr Gəncədə silahlı qiyam etdilər. Nəticələr də sizə məlumdur. Bu sadəcə silahlı qiyam idi».
“Mən və Sülhəddin Əkbər təsadüfən sağ qaldıq”
Keçmiş baş prokuror onu da bildirib ki, müdafiə nazirinin Gəncədəki 709 saylı hərbi hissənin buraxılması qərarına əhəmiyyət verməyən hərbçilər silahlı qiyama qalxıblar: «Onların tankları, topları, BMP-ləri və digər silahları var idi. Onlar bizim Gəncədəki milli təhlükəsizlik şöbəsində olduğumuzu bilirdilər. Hərbçilər şöbəyə hücum edib, binanı güllələməyə başladılar. Milli Qvardiyanın bir neçə əsgəri yaralandı. Mən, Sülhəddin Əkbər və digər bir neçə vəzifəli şəxs təsadüfən sağ qaldıq. Onların nümayəndələri binaya girib bizdən onlarla birlikdə hərbi hissəyə getməyimizi tələb etdilər. Bizə tələbə tabe olmadıq. Yenidən binanı güllələməyə başladılar. Mən Gəncə daxili işlər idarəsilə əlaqə saxladım. Hərbçilər ora da hücum etmişdi. İdarəni güllə yağışına tutmuşdular. Bir daha məndən tələb etdilər ki, hərbi hissəyə gedim. Əks təqdirdə polisləri, digər dövlət qurumlarında çalışanları öldürəcəklərini bəyan etdilər. Vəziyyəti nəzərə alıb onlarla birlikdə hərbi hissəyə getdim. Hərbi hissədə olarkən mənə həbs olunduğumu bildirdilər. Orada olanda məlum oldu ki, məndən bir qədər əvvəl Sülhəddin Əkbəri də hərbi hissəyə gətirib həbs ediblər. 709 saylı hərbi hissədə qiyam əmrini verənlər sırasında Sürət Hüseynovla yanaşı, Şadman Hüseynov və Əli Ömərov da olub. Onlar qiyamçılarla birlikdə hərəkət ediblər. Həmin şəxslərin sonradan cinayət məsuliyyətinə cəlb olunmamaları, yüksək vəzifəldərə təyin olunmaları məndə çox böyük təəssüf hissi yaratdı».
“Elçibəyin həbsini Nemət Pənahlı istədi”
Girovluqda olarkən eks-prezident Əbülfəz Elçibəyin həbsi barədə sanksiya verməsinin səbəblərinə də toxunan İ.Şirin bu addımı məcburiyyət qarşısında atdığını etiraf edir: «Bəli belə bir qərar vermişdim. Bu məsələyə 1993-cü ildə Sürət Hüseynovla çiyin-çiyinə hərəkət etmiş bir şəxsin xatirələrindəki bir qeydə cavab verəcəm. Bu şəxs Nemət Pənahlıdır. O, hadisələrin içərisindəydi. Nemət bəy özü mənə dedi ki, sürət Hüseynov və onun yanındakı adamlar girovluqdakı dövlət nümayəndələrinin öldürülməsi barədə göstəriş veriblər. Nemət Pənahlı onlara deyib ki, gəlin saxta sənəd hazırlayaq və baş prokuror İxtiyar Şirin həmin saxta sənədin əsasında prezident Əbülfəz Elçibəyin həbsi barədə sanksiya versin. Sankisiyadan sonra gtrovluqdakı məmurları azad edək. Bu söhbətin sübutu məndə var. Sürət Hüseynov bu təkliflə razılaşdı. Əli Ömərov, Nüsrət Budaqov, Nemət Pənahlı və digərlərinin hazırladığı saxta sənədi qol çəkdirmək üçün mənə gətirdidlər. Deyim ki, Əbülfəz Elçibəyin həbsilə bağlı heç bir cinayət işində sanksiya olmayıb. Bunların hamısı uydurmadır. Bu günə qədər düşmənlərim bu məsələdən mənə qarşı istifadə etməyə çalışdılar. Mən bu məsələyə heç vaxt əhəmiyyət verməmişəm. Sadəcə, sizə danışıram. Əbülfəz Elçibəy haqqında İxtiyar Şirin heç bir sankisiya verməyib. Hansısa cinayət işində belə bir sankisiya yoxdur. Hazırlanan sənəd saxta olub. Onu Nemət Pənahlı, Əli Ömərov və digərdləri hazırlayıblar. Adamın həbsinə sanksiya verilməsi üçün sənədləri yalnız işi aparan müstəntiq hazırlaya bilər. Əli Ömərov, Nüsrət Budaqov və bir neçə əli aftomatlı adam mənim yanıma gəldilər. Əli Ömərov mənə dedi ki, əgər bu sənədlərə imza atmasan girovluqdakı dövlət məmurlarını Gəncədəki çinar ağaclarından asacağıq. Onlar bunu yerinə yetirəcəydilər. Çünki bir neçə gün öncə Gəncədə milli qvardiyanın avtobusunu güllələmişdilər. Mən özümün və digər dövlət məmurlarının öldürülməsinə zəmin yarada bilməzdim. Saxta sənədi imzalamağın məsuldiyyəti, insanların öldürülməsi məsuliyyətindən daha az idi. Saxta sənədə imza atandan sonra Sürətin adamları mənə dedilər ki, girovluqdakı adamların öldürülməsi qərarını geri götürürlər».
“Hakimiyyətin silahından çıxan güllə milli birliyə zərbə olacaqdı”
İ.Şirinə görə, 4 iyun qiyamınan baş tutmasına görə, o dövrkü hakimiyyəti səriştəsizlikdə ittihamlamaq doğru deyil: «Mərzəki hakimiyyət qiyamı silahla yatırmağa cəhd göstərsəydi bu, milli birliyə ciddi zərər vuracaqdı. Hakimiyyətin silahından çıxan güllə uzun müddət milli birliyə zərbə olacaqdı və bundan Azərbaycanı istəməyən qüvvələr məharətlə istifadə edəcəkdi. Əbülfəz Elçibəy, Pənah Hüseyn, İsa Qəmbər və mən belə qərarı gəlmişdik ki, Gəncədə bir nəfərə belə güllə açılmamalıdı. Hesab etmirəm ki, qiyamın qarşısını silah gücünə almaq mümkün idi. O zaman Gəncədə vəziyyət çox qəliz idi. Silahlı qüvvələrə kifayət qədər kənar dəstəklər var idi. 4 İyun qiyamı cəbhə hakimiyyətinin ömrünə son qoydu. Qiyam nəticəsində rus və erməni birləşmələri Dağlıq Qarabağı işğal etdilər. Torpaqların işğalının məsuliyyəti, günahı Gəncə hadisəldərini təşkil edən və həyata keçirənlərin üzərindədi».
«Rusiya və İran Gəncə qiyamının baş verməsində maraqlı ölkələr idi» deyən İ.Şirin onu da qeyd edib ki, qiyamdan sonra İranın Azərbaycandakı səviri Gəncəyə gedib, Surət Hüseynovla görüşüb».
RUSLAN
4 İyun, 2011 16:14 ⁄ Baxılıb: 2133 ⁄ Çap
Bu bölmədə
|
|
|