Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

AZƏRBAYCAN KAZAN GÖRÜŞÜNDƏN QAZANACAQMI?-RƏY

Analitiklər konkret fikir söyləyə bilmir

İyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin keçiriləcək üçtərəfli görüşü ilə bağlı ümidlər atrır. Rusiya prezidenti adına ənənəvi at yarışları çərçivəsində baş tutacaq görüşə ciddi hazırlıq gedir. 

İndi əsas diqqət Rəsmi İrəvanın bu görüşdə özünü necə aparacağınadı. Bu günə qədər danışıqlar prosesini müxtəlif bəhanələrlə uzadan, əvvəlki razılıqları pozan, Azərbaycana qarşı sərt, destruktiv bəyanatlar verən Serj Sərkisyan 8-ci olacaq Kazan görüşündə hansı bəhanələrə əl atacağını öncədən proqnozlaşdırmaq çətindi.

Ermənistan Milli Konqresinin təmsilçisi David Şahnəzəryan mətbuata açıqlamasında bildirib ki, Obama, Sarkozi və Medvedyev tərəflərə kompromislərə getməkdən başqa yol olmadığını başa salıb. Onun fikrincə, Ermənistan prezidenti Serj Sərkisyanı kompromislərə razı salmaq üçün problem yoxdu. Çünki Ermənistan ağır sosial-iqtisadi və siyasi böhran içərisindədir.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov da prezident İlham Əliyev və Serj Sərkisyanın Kazan görüşündə müsbət nəticələrin əldə olunacağına ümid etdiyini bildirib:

“Prezidentlərin Kazan görüşündə hansı yeniliklərin olacağını qabaqcadan deyə bilmərəm. Onu deyə bilərəm ki, günbəgün Ermənistanın son sözü qutarır. Erməni vaxtı uzada bilmir. Əlbəttə, bunun yekunu olmalıdır. Görüşlərdə ümid edirəm ki, müsbət nəticə olmalıdır. Müsbət deyəndə bu Azərbaycanın haqq işidir. Biz heç kimin torpağına gözümüzü dikməmişik, nə də gözümüz yoxdur”.

Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Kazan görüşünün və danışıqların nə ilə nəticələnəcəyini gözləyib, sonra mövqe bildirmək daha uyğun olar. O, Moskvanın danışıqlar prosesində rolunu artırmasını da təqdir edib: “Bu, yaxşı əlamətdir. Ümumiyyətlə, Rusiya Federasiyası bu məsələnin tarixini, mahiyyətini, regionda baş verən prosesləri başqa dövlətlərdən daha yaxşı bilir. Ona görə də, gələcəyə daha məntiqlə baxır. Digər tərəfdən isə, rəsmi Moskvanın son zamanlar bu məsələ ilə bağlı səylərinin artması onu göstərir ki, Rusiya özünün ədalətli bir arbitr olduğunu sübut etmək istəyir. Azərbaycan isə, bir dövlət olaraq, yaxşılığı həmişə qiymətləndirə bilir və heç vaxt unutmur”.



Politoloq Vəfa Quluzadə Simasar.az-a açıqlamasında bildirib ki, Rusiyanın razılığı olmasa Kazan görüşünün heç bir nəticəsi olmayacaq: «Amerika münaqişənin ədalətli həllinin tərəfdarıdı. Fransanın mövqeyi o qədər də əsas deyil. Münqaişənin qarşısında kötük kimi dayanan Rusiyadı. Mən bu görüşdə Rusiyanın özünü necə aparacağını bilmirəm. Ona görə də heç nə deyə bilmərəm. Biz gözləməliyik ki, Rusiya iqtisadi cəhətdən çöksün. İnşallar bu,baş verəcək. Proseslər buna doğru gedir».



Ruslan








3 İyun, 2011  18:54 Baxılıb: 1635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16