Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

“ONLAR EKS-PREZİDENT OLA BİLMƏZ”

Siyavuş Novruzovun özünəməxsus asaslandırması

“Ümummilli lider Heydər Əliyevdən başqa heç kimə eksprezidentlik statusu düşmür. Ayaz Mütəllibovla bağlı məsələ qaldırılır. Ayaz Mütəllibovun həm Xocalıda, həm 20 yanvarda, həm də ondan sonrakı proseslərdə “gördüyü işlər” hamıya məlumdur. Bundan başqa, prezident postunu qoyub qaçıb, Moskvada oturub. Əbülfəz Elçibəy də gedib Kələkidə oturub. Baxmayaraq ki, hər ikisi konstitusiyaya and içiblər ki, xalqın maraqlarını sonadək müdafiə edəcəklər. Xalqın maraqlarını müdafiə etmədikləri halda bu insanlara hansı statusun verilməsindən danışmaq olar?”

Bunu hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycan Avrointeqrasiya İctimai Komitəsi, Ziyalılar Forumu, AN Şəbəkəsi “Demokratiyaya doğru 7 addım” İctimai Xartiyasının təkliflərinə münasibət olaraq “Mediaforum”a bildirib.

S.Novruzov deyib ki, eks-prezidentlərlə bağlı qanun qəbul olunmalıdı: “Dünyanın bütün ölkələrində belə bir qanun var. Azərbaycanda da “Eks-prezidentlərin statusu haqqında” qanun qəbul olunacaq. Biz dəfələrlə parlamentdə eks-prezidentlərlə bağlı məsələni qaldırmışıq və bu məsələ həll olumalıdır: “Çilidə Auqusto Pinoçet hakimiyyətə gələndə Salvador Alyende prezident idi. Auqusto Pinoçet Salvador Alyendeyə təklif edib ki, sənə bütün şəraiti yaradacam, ölkədən çıx get. Amma Salvador Alyende sonadək öz kreslosunda oturdu, mübarizə apardı və sonda tapancası ilə başına atəş açıb özünü öldürdü. Bu gün də Çili xalqının tarixində yaşayır.

Auqusto Pinoçet də sonradan həddindən artıq böyük işlər gördü və bu gün xalqın tarixində yaşayır. Söhbət ondan gedir ki, Salvador Alyendeni xalq prezident seçmişdi, o, konstitusiyaya and içmişdi və vəzifəsini qoyub qaçmadı, oturdu kreslosunda, prezident lentini keçirdi sinəsinə və gülləni vurdu başına.

İndi kimsə bir hədə-qorxu gələcəksə, prezident qorxub vəzifəsini qoyub qaçmalıdır, yalnız özünü düşünməlidir, xalqın yolun ortasında qoymalıdır, maraqların satmalıdır? Belə adamlara eks-prezident statusu verilə bilməz. Ayaz Müətllibov və Əbülfəz Elçibəyə eks-prezident statusu düşmür”.






2 İyun, 2011  21:03 Baxılıb: 1626 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16