Hakim partiyanı təmsil edən deputat təkzib edir
Azərbaycan hökümətinin korrupsiyaya qarşı mübarizəyə verdiyi start və ciddi araşdırmalar nəticəsində məlum olan xeyli qanunsuz əməllər mətbuatın gündəminə dəişiklik edib.
Müxalifət qəzetləri korrupsiya hallarının geniş vüsət aldığına diqqət çəkir. Hakim partiyadan gələn reaksiya isə fərqli mənzərə açır.
“Azərbaycan korrupsiya ilə mübarizədə öndə gedən dövlətlərdən birinə çevrilib”.
Simsar.az saytının əlumatına görə, jurnalistlərə açıqlamasında YAP İcra katibi Əli Əhmədov deyib ki, korrupsiyanın mövcudluğu bəzi qərəzli mətbuat orqanlarında təqdim olunduğu səviyyədə deyil: “Prezident də son çıxışında korrupsiya ilə bağlı kampaniyanın axıra qədər davam etdiriləcəyini bildirdi. Görülən tədbirlər də öz bəhrəsini verməkdədir”. “Azərbaycan korrupsiya ilə mübarizədə öndə gedən dövlətlərdən birinə çevrilib”.
Anar