“…Top hakimiyyətin meydanındadır” – “…bu, mənasız bir şeydir”
İqtidarla müxalifət arasında dialoq məsələsi nə zaman gündəmə gəlir, tərəflərdən bir-birinə ünvanladıqları sərt açıqlamalardan sonra proses başlamamış sona çatır.
Belə bir yanaşmanı növbəti dəfə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov sərgiləyib.
Simsar.az-ın məlumatına görə, o, deyib ki, müxalifətin dialoq aparmağa potensialı yoxdu: “Biz 2-3 adamla nə dialoq aparacağıq? Mən hesab edirəm ki, bu, mənasız bir şeydir”.
YAP-çı deputat bu fikirləri Müsavat Partiyasının başqanı İsa Qəmbərin “dialoq məsələsində top hakimiyyətin meydanındadır” sözlərinə münasibət olaraq bildirib.
S.Novruzov qeyd edib ki, parlamentdə təmsil olunan müxalifət partiyaları ilə dialoq aparırlar: “Ancaq özünü cəmiyyətdən kənarda tutub, təcrid olunmaq radikal müxalifətin öz problemidir”.