Hüseyn Əlixanov: "20 məhkumun azadlıği üçün rüşvət alma halları da aşkarlanıb"
Azərbaycanda qadın məhkumların cəza çəkdiyi 4 saylı müəssisədə məhkumların məhkəmənin hökmü ilə şərti azadlığa buraxılması prosesində neqativ hallar aşkarlanıb.
Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib. Rəis müavininin sözlərinə görə, bir qədər əvvəl 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 20 məhkum məhkəmənin hökmü ilə şərti azadlığa buraxılıb. H. Əlixanov deyib ki, bu prosesin həyata keçirilməsində bəzi sui-istifadə və rüşvət alma halları da aşkarlanıb: “Bununla bağlı ciddi araşdırma aparılır və heç kimə güzəşt olunmayacaq”.