Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobil 35 yaşlı kişini vurub. "Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil BŞİH-nin xidməti maşınıdır.
Faktla bağlı araşdırma aparılır.