Göyçay sakini açdığı atəş nəticəsində əlindən xəsarət alıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də Göyçay rayon sakini Misirxan Zamanov Alpoud kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşdən əlindən xəsarət alıb.
Göyçay rayon Polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.