Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

FƏZAİL AĞAMALI YENƏ DANLAQ HƏDƏFİNƏ ÇEVRİLDİ

Deputatən fikirlərinə 3 cavabla atəş açıldı

Deputat Fəzail Ağamalı Müstəqillik Aktına imza atanların istiqlalçı deputatlar adlandırılmasına qarşı çıxıb. F.Ağamalı “Yeni Müsavat”a müsahibəsində deyib ki, xalq ayağa qalxmışdı və xalqın içindən çıxan deputatlar konstitusiya aktının qəbuluna nail oldular: “Xalqın iradəsi ortada olmasaydı, bu aktı qəbul edə bilməzdilər. O istiqlalı qazanan Azərbaycan xalqı idi. İstiqlalı reallaşdıranlar xalqın arzularını reallaşdıran millət vəkilləri idi. İstiqlalçı deputat etiketlərini işlədirsiniz. Sonra bu etiketlər onların başına bəlaya çevrilir. Mənim kifayət qədər arqumentim var. Millətin nailiyyətini 10 nəfərin, 100 nəfərin adına yazmaq düzgün deyil”. 

F.Ağamalının fikirlərinə həmin dövrdə Müstəqillik Aktına imza atanlar cavab verib:

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı:

- Fəzail Ağamalının fikri milli azadlıq hərəkatının üstündən xətt çəkməkdir. O cür yanaşmaq olmaz. Azərbaycan xalqı o deputatları seçib, onlara dəstək verib. Deputatlar da İstiqlal Bəyannaməsini, sonra da Müstəqillik Haqqında Aktı qəbul ediblər. Bu, onların çox böyük qəhrəmanlığı, igidliyi idi. Niyə bundan qısqanırlar?

KXCP sədri Mirmahmud Mirəlioğlu:



- Fəzail Ağamalı doğrudan-doğruya seçilmiş bir millət vəkili olsaydı, seçilməsi hamı tərəfindən qəbul olunan bir adam olsaydı, böyük məmnuniyyətlə dediyi sözə şərh verərdim. Fəzail Ağamalının sözünün şərhə ehtiyacı yoxdur.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov:

- Fəzail Ağamalı özü tarixçidir. Dünya tarixində, Avropa tarixində hər bir ölkənin, dövlətin müstəqilliyi üçün çalışan, səs verən, onu gerçəkləşdirən adamlar var ki, onlar daim xatırlanır. Məsələn, Avropada onlar siqnator, yənu qurucu deputat adlanırlar. Azərbaycanda da müstəqilliyimizə səs verənlər istiqlalçı deputatlardır... Qoy Fəzail Ağamalı və onun kimilər bunu bilsinlər.


Anar İsaoğlu






25 May, 2011  18:25 Baxılıb: 1333 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16