Çinin Anhoy əyalətində son iki həftə ərzində H7N9 quş qripindən iki nəfər həyatını itirib. Bu barədə RİA Novosti məlumat verir.
Məlumatlara görə, dekabrın 8-dən bölgədə 5 nəfərin quş qripinə yoluxması faktı aşkar edilib. Yoluxanlardan iki nəfər ölüb. Digər 3 nəfərin vəziyyəti barədə məlumat verilməyib.
İlk dəfə Çində H7N9 virisundan ölüm faktı 2013-cü ilin martında qeydə alınıb.