Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

FUAD POLADOV AD GÜNÜNDƏ “SİMSAR.AZ-a DANIŞDI -EKSKLÜZİV

“63 yaşımda iş başındayam”

Bu gün xalq artisti, məşhur aktyor Fuad Poladovun 63 yaşı tamam olur. 

O, 1948-ci il may ayının 24-də Bakıda anadan olub.
Sənətə isə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. İndiki İncəsənət və Mədəniyyət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb.
Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.

Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyordur.
Aktyor "Ad Günü", "Ailə", "Əlvida, Cənub Şəhəri", "Ən vacib müsahibə", "Güllələnmə Təxirə salınır!", "Günaydın, mələyim!", "İstintaq davam edir", "Küçələrə su səpmişəm", "Qara "Volqa"", "Qayınana", "Ovsunçu", "Təsadüfi Görüş" və Ümid filmlərində də yaddaqalan obrazlar yaradıb.

Xalq artisti Fuad Poladov ad günü ilə bağlı ən xoş təəssüratlarını Simsar.az saytı ilə bölüşdü. Aktyor, ad günündə də iş başında olduğunu bildirdi: “İş başındayam, hazırda heç Bakıda da deyiləm. Sital çay tərəfdə çəkilişdəyəm. “Mən evə qayıdıram” adlı filmdə hərbi müstəntiq roluna çəkilirəm”.
“Özünüzü 63 yaşda necə hiss edirsiniz sualına” aktyor gülərək “iş başındayamsa, deməli, hər şey yaxşıdır” deyə cavab verib.
Simsar.az sevilən aktyora həmişə iş başında olmağı arzu edir.


Aynurə Həsənova






24 May, 2011  17:49 Baxılıb: 3024 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16