Dekabrın 23-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
SOCAR-dan "Simsar.az-a verilən məlumata görə, təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.