2035-ci ilədək Bakıda daha bir beynəlxalq avtovağzal inşa edilə bilər. Trend-in məlumatına görə, bu barədə Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov jurnalistlərə deyib.
O deyib: “Paytaxtın şimal girişində sıxlığı azaltmaq üçün daha bir beynəlxalq avtovağzalın tikilməsini təklif etmişik. Bu avtovağzal Lökbatan qəsəbəsində nəzərdə tutulur və cənub istiqamətindən gələn avtobusları qəbul edəcək.”
Hazırda Bakıda bir beynəlxalq avtovağzal fəaliyyət göstərir. Burada 13 beynəlxalq və 44 ölkədaxili reys həyata keçirilir.