Daxili İşlər Nazirliyindən Simsar.az- a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirən Lənkəran rayon sakini Murad Quluzadə könüllü olaraq təslim olub.
Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.
ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.