Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Xaçmaz şəhərində reyd keçirilib. Bu barədə Simsar.az-a DGK-dan bildirilib.
Məlumatda deyilir ki, reyd nəticəsində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan vətəndaşından 3 169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.