Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Təhsil Nazirliyindən AMEA-ya TƏKLİF

Nazirlər Kabinetinin qərarı ilə bu yaxınlarda Təhsil Nazirliyinə yeni səlahiyyət verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov deyib ki, yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqaviələr bağlaya biləcək.

M.Cabbarov qeyd edib ki, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələlərdəndir:

"Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqətindədir. Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək. Dərslik hazırlanan zaman ona dair fikirlər irəli sürülsə, bunun nəticəsi də daha effektli olar".

 

M.Cabbarov əlavə edib ki, Təhsil Nazirliyi ehtiyat dərsliklərdən tam həcmdə istifadə etməkdə maraqlıdır.

 

MƏQALƏDƏ: Mikayıl Cabbarov Təhsil Nazirliyi







21 Dekabr, 2016  12:55 Baxılıb: 1497 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55